Bakıda “Odda - İki bacı” anti-Türkiyə filmi nümayiş etdirilməyəcək

30 Noyabr 2022 16:33 (UTC+04:00)

Bakıda anti-Türkiyə filmi olan “Odda - İki bacı”nın nümayişi olmayacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.

Xatırladaq ki, daha əvvəl Bakıda fəaliyyət göstərən kinoteatrlar Almaniya və Yunanıstan istehsalı olan bu filmin nümayişindən imtina edib. Buna səbəb filmin məzmununun ölkəmizdə narazılıq yaratmasıdır.