Camal Murtuzəliyev Azərbaycan Milli Karate Federasiyasına yeni Baş katib təyin edilib.
Azərbaycan Milli karate Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gənclər və İdman nazirliyində ötən bir il ərzindəki fəaliyyəti zamanı paralel olaraq karate döyüş idman növünün kuratoru olan C.Murtuzəliyev, bu dövrdə beynəlxalq yarışlar və konqreslərdə iştirakı zamanı qazandığı təcrübəni federasiyanın daha məhsuldar çalışmasına yönəldəcəyini söyləyib