Əfqanıstanda məktəbdə partlayış nəticəsində 15 nəfər həlak olub

30 Noyabr 2022 14:47 (UTC+04:00)

Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış vilayətin inzibati mərkəzi Aybak şəhərində günorta namazı vaxtı baş verib.