Pakistanda terrorçu özünü partladıb

30 Noyabr 2022 11:24 (UTC+04:00)

Pakistanın Qvetta şəhərində terrorçu kamikadze özünü partladıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə poliomielitə qarşı peyvənd məntəqəsinin yaxınlığında baş verib.

İnsident nəticəsində 2 nəfər həlak olub, daha 24 nəfər isə yaralanıb.

Həlak olanların biri polis əməkdaşı, digəri isə azyaşlıdır.