Sabiq deputat Gültəkin Hacıbəyli barəsində cinayət işi başlanıb

30 Noyabr 2022 10:13 (UTC+04:00)

Sabiq millət vəkili Gültəkin Hacıbəyli hava limanında saxlanılıb. SİA-nın məlumatına görə, Bu barədə vəkil Bəhruz bu Bayramov məlumat verib.

O bildirib ki, G.Hacıbəyli xarici ölkədən Azərbaycana qayıdarkən hava limanında saxlanılıb.

Sabiq millət vəkilinə qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

B.Bayramov bildirib ki, G.Hacıbəyli barəsində həmin maddə ilə axtarış elan olunsa da, G.Hacıbəyli bu məsələdən məlumatsız olduğunu deyib.

"Cinayət işi üzrə Nəsimi rayon Məhkəməsində proses keçirilib. Məhkəmə G.Hacıbəyli barəsində axtarış qərarını ləğv edib, sabiq millət vəkili sərbəst buraxılıb. Amma barəsində xüsusi ittiham qaydasında cinayət işi davam etdirilir. Növbəti proses dekabrın 8-nə təyin edilib", - deyə o əlavə edib.