İngiltərə millisi dünya çempionatında 1/8 finala yüksəlib - YENİLƏNİB

30 Noyabr 2022 01:00 (UTC+04:00)

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. SİA-nın məlumatına görə, ingilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.

1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.