ABŞ müdafiə naziri türkiyəli həmkarı ilə danışıq aparacaq

30 Noyabr 2022 04:39 (UTC+04:00)

Yaxın günlərdə ABŞ Müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akar ilə təmas quracaq. SİA xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.

“Türk müttəfiqlərimizlə kommunikasiyaya gəlincə, deməliyəm ki, biz həm ali komandanlıq, həm də əməliyyat komandanlıqları səviyyəsində müntəzəm təmasları dəstəkləyirik. Deyə bilərəm ki, müdafiə naziri Ostin yaxın vaxtlarda türk həmkarı ilə danışıqlar aparacaq” – deyə general vurğulayıb.