Xocavəndli gənclər insan hüquqları ilə bağlı maarifləndiriliblər

30 Noyabr 2022 03:14 (UTC+04:00)

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salakətin kənd tam orta məktəbində gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə hüquqi savadlanmanın əhəmiyyətindən, Azərbaycanda həyata keçirilən hüquqi islahatlardan, insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edilib, müzakirələr aparılıb. Tədbirdə çıxış edənlər, həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, insan hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.