Sabirabadda avtomobil su kanalına aşdı - Ər-arvad xəsarət aldı

30 Noyabr 2022 02:02 (UTC+04:00)

Sabirabadda avtomobil su kanalına aşıb, ər-arvad xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yol sürüşkən olduğundan anidən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Saatlı rayon sakinləri, 1965-ci il təvəllüdlü İsgəndərov Rafiq Zalər oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Amaliya Abdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.