Uels - İngiltərə qarşılaşmasında iki dəqiqəyə iki qol vurulub

30 Noyabr 2022 00:20 (UTC+04:00)

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar. SİA-nın məlumatına görə, oyunda iki dəqiqəyə iki qol vurulub.

Qarşılaşmanın 50-ci dəqiqəsində Markus Reşford, 52-ci dəqiqəsində isə Fil Foden İngiltərəni Uels qarşısında 2:0 hesabı ilə önə çıxarıblar.