“Respublika Gənclər Debat Forumu”nun final və bağlanış mərasimi keçirilib - FOTOLAR

30 Noyabr 2022 03:24 (UTC+04:00)

Azərbaycanın 2022-ci il Gənclər paytaxtı olan Tovuz şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Respublika Gənclər Debat Forumu, 2022”-nin final və bağlanış mərasimində Azərbaycan Respublikasının gənclər vəidman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rəsmi qonaqlar, “Vətən müharibəsi” qaziləri və debatçı gəncləriştirak edib. SİA xəbər verir ki, tədbirin açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova debatın gənclərin inkişafındakı rolu, debat vasitəsilə formalaşanintellektual mühit, burada qazanılan yeni bilik və bacarıqların gənclərin həyatındakı rolu və “Respublika Gənclər Debat Forumu, 2022” barədə danışıb. Daha sonraForumun fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.

“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən və 12 bölgəni əhatə edən Debat Forumunun final vəsiqəsinə Bakı və Şirvan şəhərlərinin gənclərindən ibarət komandalar vəsiqə qazanıb.

Respublika Gənclər Debat Forumu çərçivəsində ümumilikdə, Bakı və 11 bölgə üzrə (Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Ağdam, Quba, İsmayıllı. Lənkəran, Şirvan, Sabirabad, Biləsuvar) debat təlimləri, mövzu ilə bağlı görüşlər və debat turnirləri təşkil olunub, ümumilikdə, 60-dan çox təlim, görüş, 180 saatdan çox debat oyunu keçirilib, 2000-dən çox gənc əhatə olunub.

Final mərhələsində Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” (Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubu) və Şirvan şəhərini təmsil edən “Megalodon” (Şirvan debat klubu) komandaları debat aparıblar, hakimlərin qərarına əsasən Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” komandası qalib elan olunub.

Debat Forumun ən yaxşı məşqçisi Nofəl Məmmədov, ən yaxşı hakimi isə, Elşən Tağıyev seçilib.

Tədbirin sonunda qalib, finalçı komandalar, fərqlənən debatçı gənclər təltif olunub.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubu özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.