“İstəyirəm qızım olsun” - XATİRƏ İSLAM

30 Noyabr 2022 02:25 (UTC+04:00)

Müğənni Xatirə İslam "Həmin Zaur" verilişində qonaq olub. SİA xəbər verir ki, sənətçi proqramda gerçəkləşməyən arzusundan danışıb.

O, ikinci övladını dünyaya gətirmək üçün əlindən gələni etdiyini, lakin alınmadığını bildirib: "Çox çalışdım ikinci övladım dünyaya gəlsin, amma olmadı. İstəyirəm qızım olsun. Dünyada o həkim qalmadı ki, ana olmaq üçün ona müraciət etməyim. Problem var yəqin".