Kodi Qakpo Niderland millisinin tarixinə düşüb

29 Noyabr 2022 23:43 (UTC+04:00)

Kodi Qakpo Niderland millisinin tarixinə düşüb. SİA xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi buna DÇ-2022-nin bu gün Qətərlə keçirilən oyununda (2:0) qol vurmaqla nail olub.

O, yığmanın tarixində dünya çempionatında ilk 3 görüşdə qol vuran yeganə futbolçudur.

Qrup mərhələsinin ilk iki turunda da fərqlənən Qakpo qapıya endirdiyi 4 zərbədən üçünü qola çevirə bilib. Qakpo həmvətəni Uesli Sneyderdən sonra mundialda həm sağ və sol ayaqla, həm də başla qol vuran ilk futbolçu olmağı da bacarıb.