Aktyor təəccübünü gizlədə bilmədi

30 Noyabr 2022 02:38 (UTC+04:00)

Türk serialı olan “Yalı çapkını”nın Feriti aktyor Mert Ramazan Demir ekran işinin reytinq rekordları qırması haqda danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sənətçi layihəyə olan bu qədər maraq qarşısında təəccübləndiyini qeyd edib.

“Serial gözlədiyimdən çox fərqli səviyyəyə gəldi. Sevənlərimizə böyük hörmətim var”, - deyə, Mert bildirib.

Qeyd edək ki, “Yalı çapkını” Star TV-də təqdim edilir. Ekran işinin ssenarisi psixoloq Gülseren Budayıcıoğlunun kitabı əsasında hazırlanılıb.