Məşhur aktrisadan şok etiraf

30 Noyabr 2022 00:42 (UTC+04:00)

Türkiyəli aktrisa və rəqqasə Sibel Gökçe 8 yaşında atasının ən yaxın dostu tərəfindən cinsi istismara məruz qaldığını etiraf edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, o, qonaq olduğu proqramların birində verdiyi açıqlama ilə gündəmə gəlib.

8 yaşında atasının ən yaxın dostu tərəfindən yaşadığı cinsi zorakılığı danışan Gökçe küçələrdə yaşadıqlarından, seksuallıq problemlərindən də danışıb.

"Atamdan sonra ailədə zorakılıq, şiddət oldu. O vaxt dedim ki, Allah bunları həyatımdan götürübsə, mənim burada yaşamağa həyatım yoxdur, başqa həyatım olmalıdır. Sonra özümü küçələrə atdım. 15 yaşımdan 18 yaşıma kimi qaçaq olmuşam. 8 dəfə evdən qaçıb qayıtdım. 18 yaşımdan sonra qardaşlarımı da özümlə apardım. Deyək ki, özümü küçəyə atmaq axmaqlıqdır, yeniyetməlik travmasıdır. Etdiklərimi özümə bağışlamıram. Kaş ki, rahat ailə həyatım olsun. Atam öləndən sonra mənə heç nə qalmadı. Mən sadəcə istədiyimi yaşadım. Rəqqasə olmaq istəmirdim, amma məcbur oldum”.