Ronaldonu transfer etmək istəyən klubların sayı artır

30 Noyabr 2022 00:12 (UTC+04:00)

"Mançester Yunayted"dən rəsmən ayrılan Kriştiano Ronaldonu transfer etmək istəyən klubların sayı artır. SİA xəbər verir ki, 37 yaşlı hücumçunu sıralarına qatmaq istəyən klubların sırasına Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası da qoşulub. Nüfuzlu AS nəşrində yer alan məlumata görə, artıq sözügedən klub portuqaliyalı ulduza təklif də göndərib. Kriştiano bu təklifi qəbul edəcəyi təqdirdə, 3 il ərzində 225 milyon avro qazanacaq. Mənbənin yazdığına görə, ulduz futbolçu qərarını tezliklə açıqlayacaq.

Qeyd edək ki, Ronaldonun da formasını geyindiyi Portuqaliya millisi DÇ-2022-də 1/8 final mərhələsinə vəsiqəni təmin edib.