Hulusi Akar israilli həmkarına təşəkkür etdi

29 Noyabr 2022 23:19 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və İsrailin müdafiə naziri Benyamin Qans arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Akar iki ölkə arasında əlaqələrin qarşılıqlı maraqlar və həssaslıqlara hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyəli nazir səlahiyyətləri başa catan həmkarına ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə təşəkkür edib, ona yeni siyasi həyatında uğurlar arzulayıb.