Ölən və yaralananların olması faktı ilə bağlı cinayət işi başlanıb

29 Noyabr 2022 23:10 (UTC+04:00)

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanların olması ilə bağlı prokurorluğa məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.