Türkmənistan üçtərəfli sammitə ev sahibliyi edəcək

29 Noyabr 2022 22:39 (UTC+04:00)

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən Avaza milli turizm zonasında bu il dekabrın əvvəlinə planlaşdırılan Türkmənistan, Azərbaycan və Türkiyə sammiti keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bir gün əvvəl Ankarada Türkiyə və Türkmənistan xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr aparılıb.

Onlar Avazada keçirilməsi planlaşdırılan Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli görüşünə hazırlıq məsələlərini nəzərdən keçiriblər.

Qeyd edək ki, verilən məlumatlarda, Türkmənistanda üçtərəfli görüş ərəfəsində energetika, nəqliyyat və xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacibliyi də qeyd edilib.

Nazlı