“Bunun da elə yalandan “dırıldadmağı” var...”

29 Noyabr 2022 21:55 (UTC+04:00)

Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da NATO-nu “tövbə etməyə və cinayətkar qurum kimi özünü ləğv etməyə” çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun fikrincə, təşkilata “sivilizasiya dünyası lazım deyil”. Medvedev xatırladıb ki, NATO mütəmadi olaraq dünyanın suveren ölkələrində baş verən dövlət çevrilişlərini, habelə qanuni yolla seçilmiş dövlət başçılarını və qətlə yetirilən on minlərlə mülki vətəndaşı unudur.

Medvedevə görə, sivil dünyanın bu təşkilata, yəni NATO-ya heç bir ehtiyacı yoxdur. O, bəşəriyyət qarşısında tövbə etməli və cinayətkar bir qurum kimi ləğv edilməlidir.

Xatırladaq ki, bir müddət bundan əvvəl NATO-nun baş katibi Stoltenberq, bu gün Rusiya ilə təmsil etdiyi qurum arasında mənalı dialoqun mümkünsüzlüyü barədə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, Alyans rəhbərliyi uzun müddətdir ki, Rusiya Federasiyası ilə ortaq dil tapmaq üçün səylər göstərir, lakin buna nail olunmayıb.

Eyni zamanda o bildirib ki, Rusiya ilə açıq hərbi əlaqə kanalını saxlamaq hələ də lazımdır, çünki bu, “insidentlərin riskini azaldır”.

Alyans rəhbəri həmçinin Ukraynaya raket zərbələri nəticəsində dəyən ziyan böyük olduğunu bildirib. O əlavə edib ki, hərbi-siyasi blok Kiyevə əlavə yardımı səfərbər etmək, eləcə də yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü variantlarını nəzərdən keçirmək niyyətindədir.

Ağasəf Babayev