DÇ-2022-də 1/8 finala yüksələn 5 komanda

29 Noyabr 2022 21:41 (UTC+04:00)

DÇ-2022-də 1/8 finalın daha iki iştirakçısı müəyyənləşib.

SİA-nın əldə etdiyi məlumata görə, bu gün 3-cü turun oyunlarından sonra Niderland və Seneqal pley-offa vəsiqə qazanıb.

20 ildən sonra mundialın 1/8 finalına yüksələn Afrika təmsilçisi bu mərhələdə B qrupunun lideri ilə qarşılaşacaq. A qrupunun lideri Niderland isə B qrupunun 2-cisi ilə üz-üzə gələcək.

B qrupunda bu gün İran ABŞ-la, Uels İngiltərə ilə qarşılaşacaq. Komandaların hər birinin pley-offa yüksəlmək şansı var.

Daha əvvəl isə Fransa, Braziliya və Portuqaliya da 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 1/8 finalın oyunlarına dekabrın 3-də start veriləcək.