Türkiyə dünyanın ən çox səyahət edilən ölkələri arasında 6-cıdır

29 Noyabr 2022 21:10 (UTC+04:00)

Türkiyənin dünyanın ən çox ziyarət edilən ölkələri arasında 6-cı yerdə olduğunu bilirsinizmi?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Turizm Təşkilatının statistikasına görə, Türkiyə 45 milyondan çox ziyarətçi ilə dünyanın ən çox ziyarət edilən ölkələri sırasındadır.

Tarixi və mədəni sərvətləri ilə ziyarət edənləri özünə heyran buraxan Türkiyəni hər il Çindən Rusiyaya, Almaniyadan İrlandiyaya, Cənubi Koreyadan Yaponiyaya kimi 100-dən çox ölkədən milyonlarla insan ziyarət edir. Üç böyük imperiyanın paytaxtı olmuş İstanbul dünyanın iki qitəyə yayılmış yeganə şəhəridir; Mavi dənizi, qızıl sarısı qumlarla örtülmüş çimərlikləri və təbii gözəllikləri ilə Antalya və Muğla; Memarlığı və tarixi ilə Ədirnə dünyanın ən çox ziyarət edilən 100 şəhəri sırasındadır.

Türkiyədə yay turizmindən qış idmanlarına, təbiət, mədəniyyət, inanc, idman, sağlamlıq və konqres turizminə qədər turizmin hər sahəsində tədbirlər həyata keçirilir. Qədim dövrlərdən bu günə qədər bir çox sivilizasiyaların doğulub hökm sürdüyü həm də möhtəşəm bir tarixi sərvətə sahib olan Türkiyə mədəniyyət zənginliyi baxımından dünyanın nadir ölkələrindən biridir. Türkiyədə YUNESKO-nun Ümumdünya irsi siyahısında 17-si mədəniyyət, 2-si qarışıq olmaqla 19 irs obyekti var. Ümumdünya irsi müvəqqəti siyahısında isə Türkiyenin 77-si mədəniyyət, 4-ü qarışıq və 3-ü təbii olmaqla 84 irs obyekti yer alıb.