Ukraynaya yardım davam edəcək

29 Noyabr 2022 20:59 (UTC+04:00)

NATO ölkələrinin xarici işlər nazirləri Buxarest sammitinin birinci günündən sonra bir sıra mühüm bəyanatlarla çıxış ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, NATO ölkələrinin xarici işlər nazirləri Kiyevə infrastrukturun bərpasında və sakinlərin raket hücumlarından qorunmasında köməklik göstərəcəklərini vəd ediblər.

Diplomatlar həmçinin, Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcəklərini və lazım olduğu qədər daha da gücləndirəcəklərini qeyd ediblər.

Bundan əlavə, NATO “açıq qapı” siyasətinin davam etdirildiyini elan edib və əvvəlki qərarlara sadiqliyini bir daha təsdiqləyib. Belə ki, Ukrayna və Gürcüstanın bloka qəbulu imkanları da nəzərdən keçirilib.

Qeyd edək ki, iclasarası çıxışı zamanı Ukraynanın qarşıdurmada məğlubiyyət risklərindən danışan NATO-nun baş katibi Yens Stoltenberq münaqişədə Rusiyanın qalib gəlməsinə “imkan verilməyəcəyini” bildirib.

Ağasəf Babayev