Liviyada Türk xəstəxanası istifadəyə verilib

29 Noyabr 2022 20:31 (UTC+04:00)

Müasir texnoloji ilə təchiz edilmiş “Libyan Turkish Hospitalt” xəstəxanasında daha çox türk həkimlər fəaliyyət göstərəcəklər.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, 13 poliklinika və 4 əməliyyat otağı olan 120 çarpayılıq xəstəxana tam təchiz olunmuş təcili tibbi yardım xidməti də çatdıracaq.

Xəstəxana birinci mərhələdə ürək-damar cərrahiyyəsi, kardiologiya, ortopediya və travmatologiya, neyrocərrahiyyə, ümumi cərrahiyyə, mamalıq, daxili xəstəliklər, uşaq sağlamlığı və xəstəlikləri, yoluxucu xəstəliklər, anesteziya və reanimasiya, otorinolarinqologiya, radiologiya, qidalanma və pəhriz, təcili xidmət və Təcili yardım xidməti filiallarında xidmət göstərəcək.

Minlərlə liviyalının ehtiyac duyduğu tibbi xidmətlər Türk Xəstəxanası vasitəsilə qarşılanacaq.