Havayın ən aktiv vulkanı püskürüb

29 Noyabr 2022 19:22 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Havay ştatında dünyanın ən hündür aktiv vulkanı olan ''Mauna Loa'' 38 ildən sonra püskürüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
ABŞ-ın Geoloji Xidməti (USGS) sakinlərə püskürmənin çox dinamik ola biləcəyi və axının istiqaməti ilə sürətinin dəyişə biləcəyi barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər ada sakinlərinin mümkün təxliyələrə və ən pis ssenariyə hazır olmalarının vacibliyini vurğulayıb.
Havay Vulkan Rəsədxanasının rəsmisi Ken Hon bildirib ki, 38 ildən sonra yaşanan püskürmədən sonra yeraltı təkanların baş verdiyini bildirib.