Türkiyədən rusları qane etməyən təklif?

29 Noyabr 2022 18:11 (UTC+04:00)

Avropa İttifaqı Ukrayna və Moldovaya təsir edərək Balkanlardan Gürcüstana qədər genişlənməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Avropa İttifaqı Ukrayna ilə bağlı Türkiyə ilə məsləhətləşmə aparmayıb. Avropada təhlükəsizliyi təmin etmək üçün birlik ruhu bərpa edilməlidir. Avropa İttifaqı Balkanlardan Gürcüstana qədər genişlənmə prosesini sürətləndirməlidir. Bu kontekstdə Türkiyə, Ukrayna və Moldovanı da genişlənmə əhatə etməlidir”

Qeyd edək ki, Çavuşoğlunun bu fikirlərini Türkiyənin “Son Dakika Haberi” nəşri sitat gətirib.

Xatırladaq ki, Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqının üzvlüyünə namizəddir.

Bu arada Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varheli, Ukraynanın Avropa İttifaqına qoşulmasının illər çəkəcəyini deyib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz da bir müddət bundan əvvəl Avropa İttifaqının şərqə doğru genişlənməsinə çağırış etmişdi.

Ağasəf Babayev