“Almaniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemini verməzsə…”

29 Noyabr 2022 17:17 (UTC+04:00)

Polşanın baş naziri Mateuş Moravetski (Mateusz Morawiecki) bildirib ki, Almaniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemləri verməsə, ölkəsi onları qəbul edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Moravetski jurnalistlərə verdiyi açıqlamada söyləyib: “Polşanın müdafiə naziri Mariuş Blaşak (Mariusz Blaszczak) keçən həftə Almaniyadan “Patriot” təklifi ilə gəldi ki, biz bunu müsbət qarşılayırıq.

“Patriot”lar Ukraynaya göndərilməzsə, onları qəbul etməyi nəzərdən keçirəcəyik.”

Polşa mediasının yazdığına görə isə hakim Qanun və Ədalət Partiyasının sədri Yaroslav Kaçinski “Patriot”ların Ukraynaya təhvil verilməsi fikrini müdafiə edir. Ölkə prezidenti Anjey Duda isə hələ bu mövzuda bir şey deməyib.

Qeyd edək ki, keçən həftə Almaniyanın müdafiə naziri Kristin Lambrext (Christine Lambrecht) NATO regionunun hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi Polşaya “Patriot” təklif edib.