Məşhur sima ayda 10 min dollar ödəməyə davam edəcək

29 Noyabr 2022 17:09 (UTC+04:00)

Məşhur türk simalar Ahu Yağtuyla Cem Yılmaz 20 aylıq evliliklərini 2013-cü ildə bitirmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, boşanmadan sonra komediyaçı eks-həyat yoldaşına 10 min dollar aliment ödəməyə başlayıb.

Bu il isə Cem dolların kursunun artması və pandemiya şəraitinin nəzərə alınması səbəbilə endirim edilməsi üçün Ahunu məhkəməyə verib. Cem 10 min dollarlıq alimentin 40 min türk lirəsi edilməsini istəyib. Məhkəmə isə Cemin tələbini qismən qəbul edərək 70 min lirə aliment ödəməsini istəyib.

Hakim qərarından sonra Yağtunun vəkili Apeliyyasiya şikayəti verib. Təqdim edilən ərizadə Yılmaza pandemiya şəraitinin təsir etmədiyi, yer aldığı reklamların artması, 14 milyon lirə qonorar alması, seriallarının yayımda olması, Avropanın bir çox şəhərində tamaşalarının olduğu, Türkiyədə və Londonda daşınmaz əmlaklarından kirayə gəlirləri əldə etdiyi, Cemin qazancının azalmadığı bildirilib.

Apelyasiya məhkəməsi isə ərizədə yazılanları nəzərə alaq, 70 min lirə qərarını ləğv edib və 10 min dollara ödəməyə davam etməsini bildirib.