Yeni albom yoldadır

29 Noyabr 2022 17:03 (UTC+04:00)

Xarici müğənni Billi Ayliş qardaşı Finneas ilə yeni albom üzərində işlədiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Vanity Fair” jurnalına verdiyi müsahibədə bildirib.

“Biz bir-birimizi hər zaman görürük və indi yenidən musiqi yazmağa başlayırıq. Albom yaratma prosesinə təzəcə başlamışıq və bu, həqiqətən də həyəcanvericidir”, - deyə sənətçi qeyd edib.