Azərbaycanda peyvənd olunanların sayı SAYI

29 Noyabr 2022 16:48 (UTC+04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 398 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 196, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 46 nəfərdir.