"Bəzi obyektlər stratejilik səviyyəsinə görə daha ciddi qorunur" - İQTİSADÇI DANIŞDI

29 Noyabr 2022 15:32 (UTC+04:00)

“Digər strateji obyektlər necə qorunursa, iqtisadi əhəmiyyət kəsb edən obyektlər də məhz bu şəkildə qorunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə də iqtisadi əhəmiyyətlilik baxımından obyektlər lazımi qaydada qorunulur: “Lakin ola bilsin ki, bəzi obyektlər digərlərindən daha çox qorunur. Bu isə sırf həmin obyektin stratejilik baxımından daha böyük əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Yəni bu sadəcə olaraq statejilik səviyyəsinə görə həmin obyektə daha ciddi qorunma üsulunun tətbiq olunması deməkdir”.