Azərbaycan və ABŞ münasibətlərində nələr gözlənilir? POLİTOLOQ ŞƏRH ETDİ

29 Noyabr 2022 17:04 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatlarının Azərbaycanla-Ermənistan arasındakı vasitəçiliyi bizim və hər iki tərəf üçün faydalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya danışıqlar prossesini vasitəçiliyini əlində saxlamaq istəyir. Azərbaycanda yalnız Rusiyanın vasitəçi olmasını istəmir, ABŞ-da Azərbaycan kimi Rusiyanın sülh məramlılarının bölgədən çıxmasını istəyir. Amerikanın vasitəçilik təşəbbüsləri dəstəklənməlidir. ABŞ nüməyəndələridə dünən Bakıda oldular və cənab Prezident İlham Əliyevlə görüşərək fikir mübadiləsi apardılar. Sülh sazişi istiqamətində müəyyən təkliflər irəli sürüldü. Əlbəttə bunlar müsbət addımlardır və bildiyimiz kimi Avropa İttifaqınında bu istiqamətdə təşəbbüsləri də var. Düzdür Fransa buna mane olmağa çalışır. Amma Brüsselin vasitəçiliyi ilə dörd görüş keçirilmişdir. Bir söznən artıq Rusiya bu məsələdə tək vasitəçi deyil, Türkiyə və Avropa ölkələri, ABŞ-da bölgədə sülhün, əmn-amanlığın qorunub saxlanmasına, əməkdaşlığın inkişaf etməsinə maraqlıdır. Rusiya isə tam tərsinə münaqişə vasitəsi ilə həm Azərbaycan, həm də Ermənistana təsir imkanlarını itirmək istəmir. Bu cür siyasət Azərbaycanın maraqlarına uyğun deyildir. Amerikanın indiki tərəfdaşlığı Cənubi Qafqazda fəallığı hər iki tərəf üçün faydalı sayıla bilər"