Ölkəmizdə kadr çatışmazlığı necə aradan qaldırılmalıdır? - ARAŞDIRMA

29 Noyabr 2022 14:29 (UTC+04:00)

2030-cu ildək dünyada yüksək ixtisaslı mütəxəssislərin böyük çatışmazlığı yaşancaq. Əmək bazarında belə bir disbalans Qlobal İnstitutların tədqiqatçıları tərəfindən proqnozlaşdırılır. 2010-2030-cu illərdə işçi qüvvəsinin artımı təxminən 1%-ə qədər yavaşlayacaq.

Tədqiqatçıların sözlərinə görə, 2020-ci ilə qədər qlobal iqtisadiyyatda 38-41 milyon kollec və universitet məzunu və 45 milyon yarımixtisaslı mütəxəssis (orta təhsil və peşə təhsili) yox olacaq. Lakin iş yerlərindən daha çox ixtisassız işçilər olacaq.

Ölkəmizdə daha çox hansı sahələrdə kadra ehtiyacı yaşanır?

SİA mövzu ilə bağlı araşdırma edib.

Aparılan araşdırmalara görə səhiyyə, iqtisadiyyat, turizm, aqrar sahələrində ciddi şəkildə kadra ehtiyacımız var. Azərbaycandakı şirkətlərdə kifayət qədər vakansiyalar var ki, işə götürənlər aylarla, illərlə bu işlərə kadr tapa bilmirlər. Lakin təcrübələri olmadığından bir çox şirkətlər yerli kadrlarla yox, məhz xaricdən gələn mütəxəssislərə üz tuturlar. Azərbaycanda işsizlik səviyyəsini aşağı salmaq üçün gəncləri işə götürmək lazımdır.

Gəncləri işə götürən şirkətlərə vergi güzəştləri tətbiq etmək, gənc kadrlara iş təklif etmək, onların lazımi ixtisasa yiyələnməsi üçün tədris mərkəzləri yaratmaq lazımdır.

İqtisadçı Elçin Rəşidov:" Əgər hər hansı sahədə kadr çatışmazlığı yaşanırsa, həmin sektora geniş şəkildə diqqət yetirmək lazımdır. Sektorda tələb olsa da, bəzən tələbatı ödəyə bilmirlər və gedib başqa yerlərə müraciətlər olunur. Necə ki dövlət neft şirkəti öz daxili kadr yetişdirə bilmir və BiPidən kadr alır, eləcə də aqronom sektorunda böyük istixanaları olan şirkətlər belə kadrları xaricdən götürüb gətirirlər. Tibb sahəsi də kadr çatışmazlığı yaşayan sahələrdən biridir. Orda hal hazırda güclü informasiya asimilyassiyası var. Tibb sektorunda insanlar yaxşı cərrahlar pis cərrahın fərqini yalnız reklamlara baxıb qərar verirlər. Bu zaman dövlət özü bir layihə hazırlamalıdır ki, orada hər bir həkimin öz sahəsi üzrə reytinqi düzgün müəyyən oluna bilsin. Vətəndaşlarımız tibb sahəsində daha çox xaricə üz tuturlar. Türkiyə, İsrail, Almaniya , İran hətta Rusiya kimi ölkələrə müraciətlər daha çox edilir. Hansı ki, o ölkələrdən bizim ölkəyə demək olar ki heç bir xəstə müraciət etmir. Bu sahədə öz kadrlarımıza düzgün meyarlar qoyub, onların reytingini müəyyən etsək həmin insanlar xaricə yox, məhz ölkə daxilində müalicələrə üz tutarlar. Bu həm maddiyyat baxımından, həm də məsafə baxımdan daha rahat və əlçatan olar. Azərbaycanda çatışmayan kadrlardan biri aqranomlardır. Ölkəmizə Türkiyədən və başqa xarici ölkələrdən aqronomlar gətirilir. Onlar xidmətlərini şirkətlərə və ya ayrı-ayrı bağbanlara göstərirlər. Azərbaycan özü əslində, aqronom yetişdirmir, sadəcə, tələbələrə aqranom diplomu verilir. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə dövlətin dəstəyi çox böyükdür. Kənd Təsərrüfatı Nazirliyi bu ali təhsil müəssisəsinə başqa universitetlərin görmədiyi dəstəyi verir. Eyni zamanda Avropa İttifaqı , BMT kimi xarici qurumlar, təşkilatlar o cümlədən Dünya Bankı tərəfindən müxtəlif layihələrlə bu universitetə nəhəng dəstək göstərilir, lakin gənclərin bu sahəyə marağı az olduğundan daha çox başqa sahələrə üz tutulur".

Havar Şəfiyeva