"Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

29 Noyabr 2022 14:15 (UTC+04:00)

UEFA Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə bəlli olub. SİA Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yarışa Niderland ev sahibliyi edəcək.

Turnirin yarımfinal oyunları 2023-cü il 14-15 iyunda, final və üçüncü yer uğrunda matç iyunun 18-də gerçəkləşəcək.

Püşkatma mərasimi yanvarda baş tutacaq. "Dördlər finalı"nda A Liqasında qrup qalibləri - Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları mübarizə aparacaqlar.