“Azəristiliktəchizat” rəhbərliyi Şamaxıda vətəndaşları qəbul edib

29 Noyabr 2022 12:58 (UTC+04:00)

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Şamaxıda vətəndaşları qəbul edib.

Bu barədə SİA-ya qurumdan bildirilib.

Görüşdə şamaxılıların cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Şamaxıya səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.