"Bizi qarşıda daha maraqlı oyunlar gözləyir" - FUTBOLÇU DANIŞDI

29 Noyabr 2022 13:02 (UTC+04:00)

“Qətərdə keçirilən 2022-ci il dünya çempionatı olduqca maraqlı bir şəkildə davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Kəpəz” futbol klubunun idmançısı Tural Rzayev bildirib.

İdmançı çempionatın ilk günlərdə dinamik keçməsə də, zaman keçdikcə yüksək nəticələrin çempionatın daha maraqlı keçməsinə səbəb olduğunu qeyd edib: “Çempionatdan əvvəl bir sıra mənfi fikirlər var idi. Lakin orda olmasam da bütün oyunları izləyərək, çempionat barədə ekspertlərin şərhlərini dinləyirəm. Düşünürəm ki, Qətərdə keçirilən dünya çempionatı çox yüksək şəkildə təşkil olunub, komandaların rahat şəkildə çıxış etməsi üçün bütün detallar düşünülüb. Oyunlar barədə onu deyə bilərəm ki, Ronaldonun ardıcılıq olaraq 5 dünya çümpionatında qol vurması, Messinin 5 dünya çempionatında assist etməsi, Kylin Mbappenin Fransa millisində çıxışı və s. bütün bunların hamısı tarixi anlar kimi qeydə alınır. Düşünürəm ki, qarşıda bizi daha maraqlı matçlar gözləyir. Ümid edirəm ki, 2022 dünya çempionatı bütün futbol azərkeşləri üçün yadda qalan və zövqverici bir çempionat keçəcək”.