"Onun diqqəti hər zaman üzərimizdə olurdu"

29 Noyabr 2022 13:19 (UTC+04:00)

“Mən Həsən Mirzəyevin bacısı oğluyam. Həsən Mirzəyev bizim ailəmiz üçün bir nümunə, örnək idi. O bizi həyata yetişdirən, doğru, dürüst vətəndaş olmağı öyrədən şəxsiyyət idi”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Həsən Mirzəyevin bacısı oğlu Vəli Nağıyev bildirib. Onun sözlərinə görə, Həsən Mirzəyevin haqqında o qədər danışmaq olar ki, bu proses günlərlə davam edər:

“Həsən Mirzəyev xalqını sevən, hər zaman xalqının yanında olub, onlar üçün çalışan bir şəxsiyyət idi. Lakin biz onun necə ailəcanlı, çox diqqətli, enerjili, fəal olduğunu da görmüşük. O, nə qədər yorğun olsa, gərgin iş rejimində çalışsaydı, yenə də bacılarına hər zaman baş çəkər, diqqət göstərərdi. Bunlar hamısı bizim üçün bir örnək idi.

Eyni zamanda, Həsən Mirzəyevin çox sərt tərəfi də var idi. O, çox ciddi bir insan idi və təhsilə böyük önəm verirdi. Buna görə də diqqəti hər zaman üzərimizdə olurdu”.