"Azərbaycanda yeni konstitusiyanın qəbul edilməsinə zərurət var" - QÜDRƏT HƏSƏNQULİYEV

29 Noyabr 2022 11:29 (UTC+04:00)

“Azərbaycanda yeni konstitusiyanın qəbul edilməsinə zərurət var”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, konstitusiyada ilk məsələ isə Azərbaycan dövlətinin adının dəyişdirilməsi olmalıdır: “Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya birliyi bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar.

Bu məsələni dövlət rəsmilərinin diqqətinə çatdırmağı zəruri hesab etdim”.

Ayşən Vəli