Razi Nurullayev Elm və Təhsil nazirini tənqid etdi

29 Noyabr 2022 11:14 (UTC+04:00)

“Bu günə qədər Elm və Təhsil nazirini tənqid etməmişəm. Çünki, gözləyirəm ki, bəlkə problemlər həll olar. Onlar hər şeyin yaxşı olmasına çalışmaq istəsələr də, vəziyyət olsun daha pis olur. Problemləri niyə həll etmirlər?”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onu sözlərinə görə, İmişlidə neçə aydır ki, texniki işlər üzrə 38 vakansiya var: “Niyə ora işçi təmin etmirlər?! Bu insanların ah-naləsindən qorxmurlar?! Vakansiya ola-ola insanları incitməyin nə adı var?! Təhsil Nazirliyindən yanlız Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanovla əlaqə saxlaya bilirəm.

Ümumilikdə isə Elm və Təhsil nazirini anlamaqda çox çətinlik çəkirəm. Bu qədər özünə güvən, saymamazlıq və laqeydlik nədən qaynaqlanır?!”.

Ayşən Vəli