Türkiyədə avtobus aşıb, 39 nəfər yaralanıb

29 Noyabr 2022 09:54 (UTC+04:00)

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 39 nəfər yaralanıb.

SİA “Haberturk”ə istinadən xəbər verir ki, hadisə ölkənin Bartın-Zonguldak avtomobil yolunun Akçamescit hissəsində qeydə alınıb.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Yaralılar yaxılıqdakı dövlət xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə jandarm, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub.