Bred Pitt və Marqo Robbinin çəkildiyi yeni filmin treyleri yayıldı

29 Noyabr 2022 08:19 (UTC+04:00)

“Paramount Pictures” kinostudiyası Damien Şazellin “Babylon” filminin yeni rəsmi posterini dərc edib və uzun treylerini yayımlayıb. SİA xəbər verir ki, afişada Marqo Robbi açıq-saçıq geyimdə əks olunub.

Treylerdə Robbidən başqa Bred Pitt də görünüb.

Filmdəki hadisələr 1920-ci illərdə Hollivudda cərəyan edir. Ekran əsəri erkən Hollivudun pozğunluğun geniş yayıldığı bir dövründə bir çox qəhrəmanların yüksəlişini və süqutunu göstərir.

Film ilk nümayişi dekabrın 23-də baş tutacaq.