Kürdlər Rusiyadan Suriyadakı ərazilərini qorumağı xahiş edirlər

29 Noyabr 2022 05:56 (UTC+04:00)

Kürdlərin “Demokratik Suriya Qüvvələri” alyansı Moskvadan ölkənin şimal-şərqindəki ərazilərinin qorunmasına köməklik göstərməsini xahiş edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Demokratik Suriya Qüvvələri”nin nümayəndəsi Aram Xana bildirib.

“Biz ruslardan Suriyadakı ərazimizi qorumaq üçün Dəməşqlə koordinasiya sazişi imzalamağı xahiş etmişik”. Deyilənlər Aram Xana məxsusdur.

Qeyd edək ki, burada söhbət Suriyanın şimal-şərqində kürdlərin nəzarətində olan ərazilərdən gedir. Moskvanın nümayəndələri Suriya kürdləri ilə görüşdə onlara Türkiyənin rədd edilən şərtlərini təqdim ediblər.

Xatırladaq ki, Türkiyə noyabrın sonundan başlayaraq Suriyanın şimalında PKK-nın Suriya hissəsinə qarşı hava əməliyyatı keçirir. Yeri gəlmişkən, Türkiyə lideri aparılan əməliyyatı uğurlu adlandırıb, Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan hava əməliyyatından sonra quru əməliyyatının da olacağını etiraf edib.

Ağasəf Babayev