Meydana girən azarkeşdən Ukrayna və İran mesajı - FOTO

29 Noyabr 2022 01:13 (UTC+04:00)

DÇ-2022-nin ikinci turunda bir qədər əvvəl başa çatan Portuqaliya - Uruqvay marçında (2:0) meydana azarkeş girib. SİA xəbər verir ki, azarkeş LGBT-nin rənglərini özündə əks etdirən göy qurşağı formasında bayraqla meydana qaçıb.

Onun köynəyinin önündə "Ukraynanı xilas edin", köynəyinin arxasında isə "İran qadınlarına hörmət" yazısı olub. Təhlükəszlik işçiləri meydana girən şəxsi dərhal tutaraq kənara çıxarıblar.