Rusiya neftinin qiyməti gözlənilən həddən aşağı düşüb - “Bloomberg“

29 Noyabr 2022 03:20 (UTC+04:00)

Rusiyanın Urals markalı neftinin qiyməti bir barelə görə 51,96 dollara düşüb. SİA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Beləliklə, Rusiya neftinin qiyməti Avropa İttifaqının müəyyən etdiyi 60-70 dollar səviyyəsindən də aşağıda olub. Bu arada Bloomberg onu da qeyd edir ki, Rusiya neftinin dünya bazarlarına tədarük həcmi əvvəlki ayın səviyyəsində qalır və hazırda azalma tendensiyası görünmür.