ABŞ dövlət katibi və Qazaxıstan XİN başçısı arasında telefon danışığı olub

29 Noyabr 2022 02:28 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə amerikan diplomatiyasının rəhbəri tviterdə yazıb.

“Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberi və mən mühüm məsələləri, o cümlədən Qazaxıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyimiz və qarşıdan gələn Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqumuzu müzakirə etdik”, - ABŞ xarici siyasət idarəsinin rəhbəri qeyd edib.