Azərbaycanda vəzifəli şəxs vəfat etdi

29 Noyabr 2022 02:18 (UTC+04:00)

Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib. SİA-nın məlumatına görə, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.

Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.