Fəhlə ev sahibəsini boğaraq öldürdü

29 Noyabr 2022 02:44 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərin birində 27 yaşlı qızın meyiti tapılıb. SİA xəbər verir ki, meyit tikinti tullantıları torbalarının altında aşkarlanıb. Onun mənzilin sahibi Yulianaya aid olduğu müəyyənləşib.

Belə ki, qız tikinti işlərinin gedişini yoxlamaq üçün evinə gələndə burada 41 yaşlı Qırğızıstan vətəndaşı olan fəhlə onu gözləyirmiş. Yuliana bundan sonra mənzili tərk etməyib. Şübhəli bir neçə gün sonra saxlanılıb və günahını tamamilə etiraf edib. İlkin məlumatlara görə, inşaatçı Yuliananı məftillə boğub.