Meta şirkəti yarım milyard cərimələndi

29 Noyabr 2022 02:04 (UTC+04:00)

İrlandiya hökuməti Meta şirkətini 265 milyon avro (446 milyon AZN) cərimələyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumat yayıb.

Bildirilib ki, Meta müştərilərin məlumatlarının məxfiliyinə etinasızlığına görə cəzalanıb.

Təxminən 500 milyon müştərinin bəzi məlumatlarının sızdırılması ilə əlaqədar təhlükəsizliyin pozulduğu iddia edilir.