İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

29 Noyabr 2022 01:17 (UTC+04:00)

Qətərdə İsveçrə millisinin futbolçularını daşıyan avtobus qəzaya uğrayıb. SİA "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, nəqliyyat vasitəsi polis maşını ilə toqquşub.

İsveçrəyə qarşı G qrupunun II tur oyunundan öncə baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.