Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşüb

28 Noyabr 2022 23:43 (UTC+04:00)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni arasında görüş olub. SİA xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə bildirib.

“Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə Mondoloniyə təşəkkürümü bildirirəm”, - L. Abdullayeva sosial şəbəkədə qeyd edib.